Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Əsas sənaye müəssisələri Pambıq, Konserv, Asfalt zavodlarıdır. 

XX əsrin əvvəllərində Ucarda pambıq emalı zavodu və Biyan zavodu fəaliyyət göstərmişdir.

Əsas məşğuliyyət sahələri əkinçilik, maldarlıq, ticarətdir. 

Sənaye

Göstəricilər İ l l ə r
2014 2015 2016 2017 2018
Fəaliyyət göstərən müəssisələrin sayı 8 11 11 13 14
0ənaye məhsullarının həcmi (min manatla) 3186,0 3064,0 4243,0 4141,4 5636,1
Sənaye məhsullarının həcmi əvvəlki ilə nisbətən (faizlə) 110,0 100,4 116,9 93,8 118,2
Sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi (faizlə) 14,0 18,1 27,5 25,0 12,2
İstehsal edilmiş məhsulun ilin axırına qalığı (min manatla) 158,6 165,5 300,4 710,0 1192,0
İşçilərin orta sayı (nəfərlə) 346 257 377 371 461
İşçilərin orta aylıq əmək haqqı (manatla) 315,3 319,0 292,7 268,3 267,5
Sənaye istehsalı əsas fondlarının mövcudluğu (ilin axırına min manatla) 17482,0 17394,0 16193,0 69825,0 69825,0
Natura ifadəsində əsas məhsul növlərinin istehsalı
Çörək və çörək-bulka məmulatı (tonla) 158,6 86,0 142,5 176,5 152,3
Pambıq mahlıcı (tonla) 228,0 - - - -
U l y u k (tonla) 13,5 - - - -
Pambıq tiftiyi və pambıq çiyidi (tonla) 317,5 - - - -
Qatılaşdırılmamış meyvə və tərəvəz şirələri (min dikl) 42,6 51,0 68,0 111,3 114,4

Tikinti

Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf etməkdədir.

Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı işlərin müxtəlif infrastruktur layihələrin nəticəsi olaraq son dovrlərdə dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar qeyri-dövlət mülkiyyətində olan təşkilatlara nisbətən inşaat işlərinə daha çox vəsait qoymuşlar.

Dövlət Proqramında icrası nəzərdə tutulmuş sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi, bu sahəyə xidmət göstərən infrastrukturun  maddi-texniki bazasının möhkəmləndirilməsi, şəhərdaxili və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin tikintisi və əsaslı təmiri, rayonun elektrik enerjisi, təbii qaz, istilik, içməli su və kanalizasiya təminatının, rabitə və informasiya xidmətlərinin, torpaqların su təminatının, meliorasiya-irriqasiya xidmətlərinin yaxşılaşdırılması, sel sularından mühafizə tədbirlərinin, abadlıq və quruculuq işlərinin aparılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi tədbirlərinin həyata keçirilməsi, rayonun sosial-iqtisadi cəhətdən daha da sürətlə inkişaf etdirilməsinə təkan vermişdir.

Göstəricilər 2014 2015 2016 2017 2018
Fəaliyyət göstərən tikinti təşkilatlarının sayı (ədədlə) 12 6 7 7 5
Bir işçinin orta aylıq nominal əmək haqqı (manatla) 220,6 259,2 238,8 279,1 319,0
Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri işlərin (xidmətlərin) həcmi (min manatla) 5277,8 1836,3 2805,1 2777,0 3771,3
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiyalar (min manatla) 85401,5 101463,5 27542,8 37320,4 44693,1
Bütün maliyyə mənbələri hesabına tikinti quraşdırma işlərinin həcmi (min manatla) 81737,7 96669,0 27007,7 35051,1 43717,3
Bütün maliyyə mənbələri hesabına əsas fondların istifadəyə verilməsi (min manatla) 12279,8 20277,2 12341,7 78114,5 6468,0
İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi (kv.m-lə) 4810,0 2249,0 2712,0 5449,0 1142,0
İstifadəyə verilmiş ümumtəhsil məktəbləri (şagird yeri ilə) 260 - - - -

2018-ci il ərzində Ucar şəhərində xeyli abadlıq, təmir-tikinti, yaşıllaşdırma  işləri görülmüş, 20 Yanvar küçəsində ilin əvvəlində inşasına başlanılmış Bayraq meydanının tikintisi başa çatdırılmışdır. Bayraq meydanının ərazisində 2000 kvadratmetr sahəyə plitə döşənmiş, 6000 kvadratmetr sahəyə ot əkilmiş, meydanın və şəhidlər xiyabanının giriş qapıları müasir üslübda inşa olunmuş, ərazidə və 20 Yanvar küçəsində mişar daşından 5000 kvadratmetr hörgü işləri aparılmış, 9000 kvadratmetr aqlay materialla üzləmə işləri, 4000 kvadratmetr suvaq işləri görülmüş, ərazidəki şəhidlər xiyabanına 1000 kvadratmetr sahədə plitə döşənmiş, məzar daşlarının arasında olan 300 kvadratmetr sahədə aqlay materialla üzləmə işləri aparılmışdır.

20 Yanvar küçəsində həyət divarlarının eyni qaydaya salınması üçün 1000 kvadratmetr sahədə mişar daşından hörgü işləri aparılmış, küçə boyu vətəndaşlara məxsus həyət divarları və fərdi yaşayış evləri eyni rənglə rənglənmiş, küçənin kənarında 3500 metr məsafədə yeni səki daşları düzülmüş, küçənin işıqlandırılması üçün 67 ədəd elektrik dirəkləri quraşdırılmış, küçədə 3000 metr məsafədə elektrik və telefon rabitəsi xətləri, 700 metr məsafədə qaz xətti yenilənərək səliqəlilik yaradılmışdır. Küçədə 400 metr məsafədə kanalizasiya xətti boru vasitəsilə örtülü vəziyyətə salınmışdır.

Ucar şəhərinin Oğuz, M.Ə.Rəsulzadə, Koroğlu küçələrində 53 ədəd həyət qapıları, darvazaları və divara vurulmuş taxtalar rənglənmiş, şəhərin küçələrinə, Göyçay-Ucar avtomobil yolunun kənarına 5000 ədəddən çox ağac və gül kolları əkilmişdir. Şəhərdə işıqlandırma üçün istifadə olunan elektrik dirəklərini birləşdirən xətlər, elektrik lampaları yenilənmişdir.

Şəhərin 20 Yanvar küçəsinə, həmin ərazidə inşa olunmuş bağçanın, Bayraq meydanının həyətinə 500 maşın torpaq, 50 maşın peyin, 200 maşın çınqıl daşınaraq yayılmışdır.

Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində və ərazisində təmir işlərinə, həyətində abadlıq və yaşıllaşdırma işlərinə, elektrik xətlərinin, işıqlandırma sisteminin yenidən qurulması işlərinə başlanılmış və hazırda işlər davam etdirilir.

Ucar şəhərinin Heydər Əliyev prospektinə,  Azərbaycan, 28 May, Oğuz, Nəsibə Zeynalova, Kamal Ağayev, Bakı, Xətai, Mehdi Hüseynzadə, M.F.Axundov, Şamil Fərzəliyev küçələrinə asfalt örtük vurulmuşdur.

Dövlət mənzil fondunun saxlanılmasına diqqət artırılmış, ictimai yaşayış  binalarında əsaslı təmir  və abadlıq işləri aparılmış, şəhərin Heydər Əliyev prospektində 5 ədəd, Oğuz küçəsində 2 ədəd çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, fasadları suvanaraq rənglənmişdir.

Kənd təsərrüfatı

Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur.

Kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərdən istifadə edə bilmələri haqqında, torpağın meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi, səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və eroziyaya qarşı mübarizə tədbirləri barədə tövsiyələr verilmişdir.

İl ərzində “Elektron kənd təsərrüfatı” informasiya sisteminin bir hissəsi olan “Subsidiya və siyasətə dair informasiya sistemi”nin formalaşdırılması məqsədi ilə 3709 kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyatı aparılmış, 6300 istehsalçının torpaq sahələri skanerləşdirilmişdir.

2018-ci ildə rayon üzrə 13797 hektar taxıl sahəsindən məhsuldarlıq 26,4 sentner olmaqla 36459 ton taxıl, 750 hektar çəltik sahəsindən 1712 ton çəltik, 1891 hektar tərəvəz sahəsindən 17304 ton məhsul istehsal olunmuş, 2500 hektar pambıq sahəsindən 1705,38 ton pambıq yığılmışdır.

Ötən ilin payızında 15146 hektar sahədə taxıl əkini aparılmışdır. Qeyd etmək lazımdır ki, hesabat dövründə taxılçılıqda məhsul istehsalında və əkin sahəsində artımın olması rayonda yaradılmış 2 aqroparkda əkilmiş taxıl sahəsinin hesabına olmuşdur.

”Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əsasən rayon üzrə 7116 istehsalçıya əkilmiş 17125,38 hektar torpaq sahəsinə görə 1 milyon 89 min 466,6 manat pul yardımı onların hesabına köçürülmüş, əvvəlki ildə 107 istehsalçı tərəfindən 2186,5 hektar pambıq sahəsindən təhvil verilmiş 2 min 287 ton 453 kiloqram pambığa görə 228 min 745 manat, 121 istehsalçıya paylanmış 312 qutu ipək qurdundan barama istehsalı müəssisəsinə təhvil verilmiş 12 ton 175,4 kiloqram baramaya görə 60877 manat subsidiya ödənilmişdir.

Heyvandarlığın inkişafına, heyvanlara baytarlıq xidmətinin göstərilməsinə , süni mayalanma tədbirlərinə lazımi diqqət göstərilmiş, il ərzində süni mayalanmış 1055 baş heyvandan doğulan 553 baş buzova görə 40 min 800 manat yardım buzov sahiblərinə ödənilmiş, qalan hissənin ödənilməsi cari ildə təmin ediləcəkdir.

Ötən ildə mal-qaranın baş sayı 114473 başa çatdırılmışdır ki, bu da əvvəlki ildəkindən çoxdur.

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamının icrası və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə(pətəyə) görə subsidiyaların verilməsi Qaydaları”na uyğun olaraq rayon üzrə 90 arıçı tərəfindən sənədlər hazırlanmış, müvafiq qurumların, dövlət və bələdiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirilərək 1340 arı qutusu nömrələnmiş, onlardan 22 arıçının bank hesabına 3 min manat vəsait ödənilmiş, 68 arıçıya 10 min 400 manatın ödənilməsi cari ilin əvvəlində təmin ediləcəkdir.

Rayonun torpaqlarının su təminatını yaxşılaşdırmaq üçün il ərzində  təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələrində 1277,2 min kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, əsaslı təmir işləri yerinə yetirilmişdir.

2018-ci il ərzində istismar tədbirlərinə uyğun olaraq şirə kanallarında 471,6 min kubmetr həcmində,184,9 kilometr uzunluğunda və ya 195,8 min manatlıq lildən təmizləmə və torpaqbasma işləri həyata keçirilmişdir. 

Rayonda sel sularından mühafizə tədbirləri davam etdirilmiş, 2018-ci il ərzində rayonun  Göyçay çayının sağ və sol sahilləri boyunca maşın və mexanizmlərin köməyi ilə 20,3 km uzunluğunda, 366,37 min kubmetr həcmində məcra təmizlənməsi və bəndin təmiri işləri görülmüşdür.

Hesabat dövründə cəmi 602 iş yeri açılmışdır ki, bundan 307-si daimi, 295-i digər tədbirlər üzrə müvəqqəti və mövsümü işlər olmuşdur.

Göstəricilər Ölçü vahidi  İ l l ə r 2018-ci ilin
2014-ci ilə

müqayisəli faizlə
2014 2015 2016 2017 2018
 Dənli və paxlalılar  hektar 12653 12179 12605 13167 15157 119,8
 Buğda hektar 7134 6706 6713 7180 7282 102,1
 Arpa hektar 4972 4965 4988 4806 6515 131,0
 Dən üçün qarğıdalı hektar 182 189 265 512 580 3,2 dəfə
 Çəltik  hektar 365 319 639 669 780 2,1 dəfə
 Kartof  hektar 410 413 422 404 410 100,0
 Tərəvəz  hektar 1794 1798 1803 1839 1891 105,4
 Bostan bitkiləri  hektar 230 234 236 235 236 102,6

2018-ci ildə diri çəkidə 5040 ton ət, 62269 ton süd, 32055 min ədəd yumurta, 98,7 ton yun, 14070  kq  bal istehsal olunmuşdur.

2017-ci illə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 60,5 faiz, yumurta istehsalı 60,0 faiz, yun istehsalı 6,9 faiz artmışdır.

Rayonunun təsərrüfatlarında 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 59111 baş iri buynuzlu mal-qara, o cümlədən 33217 baş inək və camış, 55362 baş qoyun və keçi mövcud olmuşdur.

İl ərzində iri buynuzlu mal-qaranın, inək və camışların,qoyun və keçilərin sayı artım müşahidə olunmamışdır.

Heyvandarlıq

 
Göstəricilər
Ölçü
vahidi
İ l l ə r 2018-ci ilin
2014-ci ilə
müqayisəli faizlə
2014 2015 2016 2017 2018
 İri buynuzlu mal  baş 59025 59046 59072 59100 59111 100,1
 O cümlədən inək camış  baş 33123 33152 33182 33209 33217 100,3
 Qoyun və keçi baş 54979 54994 55015 55346 55362 100,7
 Arı ailələrinin sayı min 0,200 0,205 0,211 0,216 2,006 10,0 dəfə
 Quşlar  baş 516970 516979 516994 517023 517055 100,0

“Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər)” üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının təşkil edilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda əkinə marağı daha da artırmışdır.

Avtomobil, dəmir yolları haqqında məlumat

Rayonun ərazisindən Bakı-Gəncə dəmir yolunun 50 km, Bakı-Gəncə avtomobil yolunun 52 km, Ucar-Zərdab avtomobil yolunun 19 km-lik hissəsi keçir. Rayon ərazisindən keçən avtomobil yolları 2-ci kateqoriyalıdır.

Əhaliyə göstərilən ticarət, nəqliyyat və məişət xidmətlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər aparılmışdır. Ucar şəhərində və magistral yol kənarında olan primitiv, sanitar gigiyenik qaydalara cavab verməyən ticarət və məişət obyektlərinin əvəzinə, müasir tələblərə cavab verən yeni obyektlərin tikilərək istifadəyə verilməsi işləri davam etdirilmiş,  əhaliyə çoxsaylı ticarət şəbəkələri vasitəsilə müxtəlif çeşidli ticarət və məişət xidmətləri göstərilmişdir.

2018-ci ildə Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral və yerli əhəmiyyətli avtomobil yollarının  tikintisi və təmiri ilə əlaqədar tədbirlər davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2018-ci il tarixli 595 saylı sərəncamı ilə otuz altı min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən 31 km-lik Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədilə 9,7 milyon manat vəsait ayrılmış və tikinti işləri başa çatdırılmışdır.

Yolun salınması həmin ərazidə yaşayan  əhali tərəfindən razılıqla və ölkə prezidentinə minnətdarlıqla qarşılanmışdır.

Bununla belə qeyd etmək lazımdır ki, bəzi yaşayış məntəqələrinin, o cümlədən Təzə Şilyan, Müsüslü, Quləbənd, Alpı, Bağırbəyli, Küçəkənd, Pirkənd, Boyat, Bağban, Yuxarı Şilyan  kəndlərinin kənddaxili yollarının ilk növbədə asfaltlaşdırılmasına ciddi ehtiyac vardır.

Keçidlər