Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Gənclər və İdman İdarəsi, rayon əhalisinin 29,2 faizini təşkil edən yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının  mənəvi keyfiyyətlərinin qorunması və artırılması, gənclərdə fəal həyat mövqeyinin formalaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi  sahəsində müəyyən tədbirlər görmüşdür. Rayon Gənclər Evinin balansa verilməsi və fəaliyyətə başlaması rayonda gənclərlə aparılan işlərin daha da canlandırılmasına, gənclərin asudə vaxtlarının  səmərəli təşkilinə lazımi şərait yaratmışdır.

01.01.2021-ci il tarixinə Ucar Gənclər Evi Sosial-Xidmət Müəssisəsinin binasında  trenajor və bilyard zallarında gənclərin idmanla məşğul olmaları və asudə vaxtlarının səmərəli təşkili təmin edilir, eyni zamanda yeniyetmə və gənclər üçün rəqs bölməsi, ingilis dili kursu, kompüter kursu, rəsm dərnəyi və psixoloji xidmət faəliyyət göstərir.

Rayon Gənclər və İdman İdarəsi rayonda pandemiya qaydalarına riayət etməkləidmanın kütləviliyinin  artırılması sahəsində rayon Təhsil Şöbəsi ilə birgə tədbirlər həyata keçirmiş, bu məqsədlə məktəblərdəki 33 idman zalından, 146 sadə idman qurğusundan, 11 stadiondan, trenajor zalından istifadə olunmuş, sərbəst güləş, karate, cüdo bölmələrinin işi canlandırılmışdır.

Rayon əhalisinin 7046 nəfəri və ya 7,8 faizi bədən tərbiyəsi ilə məşğul olur. Bədən tərbiyəsi ilə məşğul olanların 910 nəfəri qadınlardır.

Azərbaycan Respublikasının Prezidentinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq yarımbəndlərinin icrası ilə əlaqədar rayonumuzun yeniyetmə və gəncləri respublikada keçirilən müxtəlif sahələr üzrə seçim turlarında, bilik yarışlarında, intellektual oyunlarda, hərbi-idman oyunlarında və digər müsabiqələrdə iştirak etmişlər.

2021-cı ilin iyununda Kamal Məmmədli strongmen idman növü üzrə Azərbaycan çempionu olmuşdur.

futbol                       - 1725 nəfər

voleybol                  - 1285 nəfər

şahmat                   - 396 nəfər

yüngül atletika        - 730 nəfər

dama                      - 68 nəfər

basketbol                - 572 nəfər

sərbəst güləş          - 67 nəfər

nərd                        - 70 nəfər

cüdo                        - 26 nəfər

futzal                       - 1746 nəfər

taekvando               - 38 nəfər

karate                      - 145 nəfər

armrestlinq             - 105 nəfər

boks                        - 12 nəfər

əltopu                      -  99 nəfər

Keçidlər