Home Contact Phone
background

Xəbərlər

  • 28 May–Respublika günü qeyd olundu.

    28 May–Respublika günü qeyd olundu.

    2017-05-26

    26 may 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May–Respublika gününə həsr olunmuş “Yaşa, var ol Azərbaycan” tematik tədbir keçirilmişdir.

  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasın...

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olundu

    2017-05-10

    Ucar rayon ictimaiyyətinin nümayəndələri 10 may 2017-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri rayon mərkəzindəki abidənin önünə gül-çiçək dəstələri qoydular.

  • Ucar rayonunda 58692 nəfər pulsuz tibbi müayin...

    Ucar rayonunda 58692 nəfər pulsuz tibbi müayinələrdən keçmişdir.

    2017-05-10

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar “Ucar rayon əhalisinin tibbi müayinədən keçirilməsi haqqında” rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2017-ci il tarixli Sərəncamı ilə komissiya yaradılmış, əhalinin tibbi müayinədən keçirilməsi rayon mərkəzi, Qazıqumlaq və Bərgüşad kənd xəstəxanalarında təşkil edilmiş, xüsusi qrafik əsasında fevral ayının 15-dən may ayının 15-dək 58692 nəfər rayon əhalisi tibbi müayinədən keçirilmişdir.

  • 09 may–Qələbə bayramı qeyd olundu

    09 may–Qələbə bayramı qeyd olundu

    2017-05-09

    09 may 2017-ci il tarixdə rayon Mədəniyyət evinin qarşısında yerləşən meydanda Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidənin və memorial kompleksin önünə rayon İcra Hakimiyyətinin Başçısı Aparatı, hüquq-mühafizə orqanları, rayon ictimaiyyəti, məktəblilər, ziyalıların nümayəndələri gül-çiçək dəstələri qoyaraq onları ziyarət etmişlər.

  • Ümummilli lider Heydər Əliyevin anadan olmasın...

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilmişdir.

    2017-05-05

    05 may 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayon İcra Hakimiyyəti və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı tematik tədbir keçirilmişdir.

Foto qalereya