Şriftin ölçüsü :

Saytın rəngi :

VIII Respublika Rus dili və ədəbiyyatı Olimpiadasının zona mərhələsi keçirilmişdir.

16 may 2016 | 16:00

14 may 2016-cı il tarixdə şəhər 3 nömrəli tam orta məktəbində Rusiya Federasiyası Müstəqil Dövlətlər Birliyi Xaricdə yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudnichestvo) Azərbaycan Nümayəndəliyi  Respublika Təhsil Nazirliyi ilə birgə Respublika ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdlərinin  iştirakı ilə VIII Respublika Rus dili və ədəbiyyatı Olimpiadasının zona mərhələsi keçirilmişdir.

Tədbir iştirakçıları  əvvəlcə məktəbin həyətində  yerləşən  416-cı Taqanroq Dviziyasının  xatirə abidəsi önünə  gül dəstəsi qoydular.

Açılış mərasimində iştirak edən  Rusiya Məlumat Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Petrovic Denisov, xanım Lyubov Timofayevna  Yakunina  və digər qonaqlar çıxış edərək olimpiadanın işinə müvəffəqiyyətlər arzuladılar.

Zona mərhələsində iştirak edən  Ucar, Zərdab, Bərdə, Kürdəmir rayonlarının ümumtəhsil məktəblərindən 37 nəfər şagird  2 mərhələdəa yazı (test) və şifahi natiqlik qabiliyyətinin yoxlanılmasında iştirak etdilər.

Olimpiadanın yekun qiymətləndirilmə təqdimatı 06 iyun 2016-cı il tarixdə Bakı şəhərində keçiriləcəkdir.

Keçidlər