Şriftin ölçüsü :

Saytın rəngi :

01 iyun 2016-cı il tarixdə rayon mərkəzində Veteranlar Parkında 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilmişdir.

03 iyun 2016 | 16:00

 

01 iyun 2016-cı il tarixdə rayon mərkəzində Veteranlar Parkında 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbiri açan rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva 1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü haqqında məlumat verərək, ölkə Prezidenti cənab İlham Əliyevin uşaqlara dövlət qayğısının gücləndirilməsi istiqamətində verdiyi qanun və sərəncamları bir daha diqqətə çatdırıldı.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul nümayəndələri, rayon Təhsil şöbəsi, rayon Mədəniyyət və Turizm şöbəsi, rayon Gənclər və İdman İdarəsinin və  rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə rayonda fəaliyyət göstərən 22 körpələr evi-uşaq bağçalarının kollektivləri hərbi-vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiyaları rayon ictimaiyyətinə təqdim etdilər.

Körpə fidanların hər çıxışı alqışlarla qarşılanmışdır.

 

Keçidlər