Şriftin ölçüsü :

Saytın rəngi :

01 iyun 2016-cı il tarixdə rayon Mədəniyyət evində şəhər 3 saylı tam orta məktəbin kollektivinin “Ana kimi mehribandır doğma əziz vətənimiz” adlı tematik tədbir keçirilmişdir.

03 iyun 2016 | 16:00

01 iyun 2016-cı il tarixdə rayon Mədəniyyət evində şəhər 3 saylı tam orta məktəbin kollektivinin “Ana kimi mehribandır doğma əziz vətənimiz” adlı tematik tədbir keçirilmişdir.

Birincilərin hazırladığı riyaziyyat, əlifba, fəsillər, dördüncülərin hazırladığı multikultiralizm mövzusuna, rəqslər, onbirincilərin vətən qarşısında gələcək arzularına həsr olunmuş kompozisiyalar alqışlarla qarşılandı.

Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, rayon Təhsil şöbəsinin nümayəndəsi Əliyar Qəhrəmanov, şəhər 3 saylı tam orta məktəbin direktoru Vüqar Məlikov çıxış edərək şəhər 3 saylı tam orta məktəbin kollektivinə, tədbirin yaradıcısı Şəlalə Həsənovaya təşəkkür etmiş, məktəblilərə və kollektivə yeni-yeni nailiyyətlər arzuladı.

Şəhər məktəblərinin pedaqoji kollektivlərinin nümayəndələri, rayon Təhsil şöbəsinin, rayon Mədəniyyət və Turizm şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, valideynlər olmaqla  400  nəfərdən artıq iştirakçı tədbiri izləmişdir.

 

Keçidlər