Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 17 iyun - Tibb İşçilərinin peşə bayramı günü qeyd edildi

17 iyun 2016 | 16:00

Əvvəlcə tibb işçiləri rayon mərkəzində ulu öndər  Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Daha sonra tədbir rayon xəstəxanasının iclas zalında davam etdi.

Tədbiri  rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı açaraq qeyd etdi ki, Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.

İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov çıxışında bildirdi ki, insan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Hazırda  toplantı apardığımız bu səhiyyə kompleksi, Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd  xəstəxanası son illər rayon  səhiyyə işçilərinə yaradılan ən yüksək şəraitdir.

Peşə bayramı münasibətilə rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədovun adından rayonun bütün səhiyyə işçilərinə təbriki oxundu, rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə  təltif olunmuş tibb işçilərinə Fəxri Fərmanlar təqdim olundu.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında qeyd etdi ki,  rayon mərkəzi xəstəxanası YAP ərazi təşkilatı rayon təşkilatının  sayına görə ikinci böyük ərazi təşkilatı olmaqla öz sıralarında 472 nəfəri birləşdirir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvü tibb işçilərinə  rayon təşkilatının Fəxri Fərmanlar təqdim olundu.

 

 

Keçidlər