Şriftin ölçüsü :

Saytın rəngi :

02 sentyabr 2016-cı il tarixdə Ucar rayon mərkəzində “Aran” sarayda 2015-2016-cı tədris ilində ali məktəbə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

02 sentyabr 2016 | 16:00

02 sentyabr 2016-cı il tarixdə Ucar rayon mərkəzində “Aran” sarayda 2015-2016-cı tədris ilində ali məktəbə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov,  rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun bütün ümumtəhsil məktəbləriinin direktorları, qabaqcıl müəllimlər, rayonun bütün umumtəhsil məktəblərindən ali təhsil müəssislələrinə qəbul olunmuş 165 nəfər (onlardan 11 nəfəri 600-dən yuxarı, 25 nəfəri isə 500-dən yuxarı bal toplamışdır) tələbə iştirak edirdi.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq tədbir iştirakçılarını salamladı. 600-dən yuxarı bal toplamış 11 nəfər tələbəyə qiymətli hədiyyə təqdim edərək onları təbrik etdi. 

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, şəhər 2 saylı tam orta məktəbin direktoru Yeganə Məmmədova, rayon Təhsil şöbəsinin metodiki kabinetinin müdiri Əliyar Qəhrəmanov çıxış edərək ali məktəbə qəbul olunan bütün tələbələri təbrik etdilər, onlara seçdikləri peşələrdə uğurlar arzuladılar.

 

 Ali məktəbə qəbul olunan abaqcıl tələbələrin soyadı, adı, atasının adı, qəbul olunduğu ali təhsil müəssisəsi, ixtisası, topladığı bal

1.  Hüseynov Ramil Ceyhun oğlu - Bakı Ali Neft Məktəbi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 695 bal
2.  Əlili Nəsrin Maarif qızı - Azərbaycan Tibb Universiteti, Müalicə işi, 667 
bal
3.  Allahverdiyev Kənan Namiq oğlu - Bakı Ali Neft Məktəbi, Neft-qaz mühəndisi, 665 bal
4.  Xıdırov Ramin İlqar oğlu - Azərbaycan Tibb Universiteti, Müalicə işi, 665 bal
5.  Səbzəliyev Elsevər Mətləb oğlu - Bakı Dövlət Universiteti, Beynəlxalq  münasibətlər, 649 bal
6.  Səmədzadə Hikmət Xəyyam oğlu - Azərbaycan Dövlət İqtisad Universiteti, Dünya iqtisadiyyatı, 636 bal
7.  Bağırzadə Mirbağır Mirəli oğlu - Azərbaycan Dövlət İqtisad Universiteti, Dünya  iqtisadiyyatı, 624 bal
8.  Qurbanova Aygün Ülfət qızı - Azərbaycan Dövlət İqtisad Universiteti, Dünya iqtisadiyyatı, 624 bal
9.  Cabbarova Aytac Şahin qızı - Bakı Dövlət Universiteti, Tarix 614 bal
10.  Məmmədova Gülər Araz qızı - Azərbaycan Dillər Universiteti, Xarici dil müəllimliyi (İngilis dili), 612 bal
11.  Mehdiyeva Zülfiyyə Əli qızı - AR Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, İqtisadiyyat 611 bal

Keçidlər