Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluğu işçilərinin peşə bayramı günü Ucarda da qeyd olundu

01 oktyabr 2016 | 16:00

01 oktyabr 2016-cı il tarixdə rayon Prokurorluğunun əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzdülər və xatirəsini yad etdilər.

Sonra rayon Prokurorluğunda əlamətdar ildönümü münasibətilə bayram tədbiri keçirildi.

Rayon Prokuroru  Elşən Abdullayev tədbiri giriş sözü ilə açaraq çıxışında prokurorluq orqanlarının təşəkkülü və formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini vurğuladı.

Rayon Prokurorunun köməkçisi Elmir Paşazadə prokurorluq orqanlarının tarixindən ətraflı məlumat verdi.

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək Prokurorluğun əməkdaşlarını təbrik etdi.

Keçidlər