Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın növbəti mərhələsində Ucarlı məktəblilər Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salındı

16 mart 2017 | 16:00

16 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın  növbəti mərhələsində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl  rayonlarına yola salınıblar. Yeniyetmələr üç gün ərzində  bu bölgələrin tarixi və mədəni  abidələri, qoruqları, turizm guşələri və sənaye müəssisələri ilə yaxından tanış olacaqlar.

Təntənəli yola salmada məktəblilər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri yola salma mərasimində Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirib ki, bu aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının mühüm təzahürüdür.

Məktəblilər çıxış edərək göstərilən qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 3 gün davam edəcək tur aksiyada şagirdləri  4  müəllim və 1 həkim müşahidə edəcək. Məktəblilər musiqi sədaları altında yola salınıblar.

Keçidlər