Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirildi.

24 aprel 2017 | 16:00

24 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzinin akt zalında  “İslam   həmrəyliyinin   təbliğində    dini   icmaların  fəaliyyətinin   başlıca    istiqamətləri”   mövzusunda seminar-müşavirə keçirilmişdir.

  Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  sədrinin birinci müavini Səyyad Salahı, rayon icra Hakimiyyəti Başçısı Aparatının nümayəndələri, rayon üzrə dini qurumların rəhbərləri, məscidlərin axund və imamları, rayonun bir sıra idarə və müəssisələrin rəhbərləri iştirak edirdi.

  Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açaraq qeyd etdi ki, 2017-ci il yanvar ayının 10-da Nazirlər Kabinetinin 2016-cı ilin soaial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib.

  İclasda çıxış edən dövlətimizin başçısı qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var: “Biz bu oyunları keçirməklə bir daha öz gücümüzü, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik və çalışacağıq ki, İslam aləmini birləşdirək”.

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  sədrinin birinci müavini Səyyad Salahı çıxış edərək qeyd etdi ki, ölkəmizdə müxtəlif məzhəblər arasında dini tolerantlığın qorunmasında, onların Azərbaycan xalqının milli maraqları çərçivəsində həmrəyliyinin təmin edilməsində, dini radikalizmlə mübarizədə və dini maarifçilik işinin aparılmasında dini icmaların üzərinə böyük vəzifə və məsuliyyət düşür. Bu baxımdan adıçəkilən sahədə dini icmaların fəaliyyətinin təşkili və koordinasiyası xüsusi əhəmiyyət kəsb edir.

Keçidlər