Şriftin ölçüsü :

Saytın rəngi :

09 may–Qələbə bayramı qeyd olundu

09 may 2017 | 16:00

09 may 2017-ci il tarixdə rayon Mədəniyyət evinin qarşısında yerləşən meydanda Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidənin və memorial kompleksin önünə rayon İcra Hakimiyyətinin Başçısı Aparatı, hüquq-mühafizə orqanları, rayon ictimaiyyəti, məktəblilər, ziyalıların nümayəndələri gül-çiçək dəstələri qoyaraq onları ziyarət etmişlər.

Sonra rayonda yaşayan 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısının–Məlikballı kənd sakini Qarayev Valeh Malik oğlunun, Lək kənd sakini Allahverdiyev Xudu İbrahim oğlunun və Yuxarı Şilyan kənd sakini Baxşəliyev Məhərrəm Əlbala oğlunun evlərinə rayon İcra Hakimiyyətinin, idarə, müəssisə rəhbərlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələrindən ibarət qruplar gedərək həmin şəxslərlə görüşmüş, xatirələrini bölüşmüş, rayon İcra Hakimiyyətinin bayram sovqatı verilərək qələbə bayramları təbrik edilmişdir.

Keçidlər