Şriftin ölçüsü :

Saytın rəngi :

28 May–Respublika günü qeyd olundu.

26 may 2017 | 16:00

26 may 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May–Respublika gününə həsr olunmuş “Yaşa, var ol Azərbaycan” tematik tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhər     5 saylı tam orta məktəbin şagirdlərinin ifasında qeyd olundu ki, 28 May  tariximizə Respublika günü kimi daxil olub və xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir.

Çünki həmin gün–1918-ci mayın 28-də–Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycanımız azadlığa çıxmışdır.

1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi.

Tarix sübut  edib ki, hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Azərbaycanın  müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də müstəqilliyimizə son qoydu. 70 illik Sovet imperiyasının əsarəti də xalqımızın müstəqillik arzusunu qıra bilmədi.

18 oktyabr 1991-ci ildə Azərbaycan tarixdə ikinci dəfə müstəqilliyini yenidən bərpa etdi.  1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişaf dövrünə qədəm qoyan Azərbaycan Prezident cənab İlham Əliyevin səyi nəticəsində dünyada özünü inkişaf edən sabit bir ölkə kimi tanıtmışdır.

Şagirdlərin ifasında Azərbaycan, bayraq, azadlıq, vətənpərvərlik mövzusunda səslənən şeirlər, mahnılar, rəqslər alqışlarla qarşılanmışdır.

Keçidlər