Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident İlham Əliyevin 04.08.2017-ci il tarixdə Qax rayonunda barama, fındıq və tütün istehsalının inkişafına həsr olunmuş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilmişdir

09 avqust 2017 | 16:00

Yığıncaqda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, müvafiq qurumların rəhbərləri, kənd təsərrüfatı üzrə mütəxəssislər, fermerlər iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov respublika müşavirəsi haqqında geniş məlumat vermiş, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı ölkə prezidentinin qarşıya qoyduğu vəzifələrdən danışmışdır.

Çıxış edənlər son illər ölkə Başçısının imzaladığı çoxsaylı sosial-iqtisadi inkişafla, kənd təsərrüfatı ilə əlaqədar Sərəncam, Fərman, Dövlət Proqramlarının bütün respublikada olduğu kimi, rayonumuzda da artıq öz nəticəsini verdiyini qeyd etmiş, son 2 ildə baramaçılıq, pambıqçılıq və digər sahələrdə əsaslı irəliləyiş olduğu vurğulanmış, bunun da rayon əhalisinin rifahının yaxşılaşmasına, məşğulluğunun artırılmasına xüsusi kömək etdiyi bildirilmişdir.

Yığıncaqda əldə olunmuş nailiyyətlərlə yanaşı yol verilmiş nöqsan və çatışmazlıqlardan da danışılmışdır. Xüssilə barama istehsalı zamanı məhsuldarlığa zərər verilmiş halların təkrar olunmaması üçün yollar müəyyənləşdirilmiş və müvafiq şəxslərə tapşırıqlar verilmişdir.

Sonda gələn ilin pambıq və barama istehsalı ilə bağlı yüksək nəticələr əldə etmək üçün mütəxəssis və məsul işçilərdən ibarət xüsusi komissiya yaradılmışdır.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov yığıncağa yekun vuraraq bu ilin pambıq yığımı ilə əlaqədar bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini vurğulamış, bu sahədə tapşırıqlarını vermiş, qarşıda duran vəzifələrdən danışmış və gələn ildə daha bol məhsul əldə etmək üçün hər bir məsul şəxsin, mütəxəssisin, fermer və kəndlinin səylə işləyəcəyinə əmin olduğunu bildirmişdir.

Keçidlər