Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarda “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

22 avqust 2017 | 16:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Rayon mərkəzi kitabxanalar sistemində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın üzvləri, rayonun mədəni-maarif və kitabxana işçiləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açıq elan edən Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin effektiv təsir göstərəcəyi qənaətində olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov öz çıxışlarında İslam dininin Allaha ibadətlə yanaşı, ailədə və cəmiyyətdə insanlararası münasibətləri tənzimləyən, insanları faydalı işlər görməyə sövq edən, sülh və əmin-amanlıq içərisində birgə yaşayışa səsləyən əxlaqi qaydalar sistemi olduğunu vurğulayıblar. Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanıb. Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər