Şriftin ölçüsü :

Saytın rəngi :

"Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyi "Orwell House" layihəsinin icrasına başlayıb

27 avqust 2017 | 16:00

"Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyi gənclər  arasında kitab oxumaq vərdişini aşılamaq, kitab mütaliəsinə marağı artırmaq, texnoloji inkişafın xüsusilə də internetin gənclərdə  kitab oxumağa olan marağına mənfi təsirini azaltmaq və asudə vaxtlarını səmərəli keçirmələrinə yardım etmək məqsədi ilə Ucar rayon Gənclər Mərkəzində "Orwell House" layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində Book Cafe Təşkil edilmişdir.

Tədbirdə qeyd edilib ki, "Orwell House" layihəsi məktəblilərin intellektual səviyyələrini yüksəltməklə yanaşı, onların məktəb fənləri üzrə test vəsaitlərindən, onlardan əvvəlki məzunların təcrübələrindən yararlanmasına, həmçinin şahmat və digər məntiq, ağıl oyunları ilə zehinlərini inkişaf etdirməsinə imkan yaradacaqdır. Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqədar son zamanlar gəclərin kitaba marağı azalmışdır. Lakin, buna   baxmayaraq kitab oxumaq, ümumiyyətlə mütaliə etmək hər zaman aktuallığını qoruyub saxlamalıdır. Bunun üçün də region gənclərinin kitaba marağının artırılması baxımından müxtəlif aksiyalar təşkil edilməsi aktuallığı daha da artırır. İlk gündən 40-dan çox gənc layihəyə qoşulub.

Keçidlər