Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi

07 sentyabr 2017 | 16:00

07 sentyabr 2017-ci il tarixdə Ucar rayon mərkəzində “Ağ çiçəyim” şadlıq sarayda 2016/2017-ci tədris ilində ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçılarının bir qrupu rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Tədbirdə rayonun ümumtəhsil məktəbləriinin direktorları, ali məktəbə qəbul olunmuş tələbələr, bir qrup valideynlər olmaqla 230 nəfər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq respublikamızda,o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlər haqqında məlumat verdi. Ali məktəbə qəbul olunmuş 600-dən yuxarı bal toplamış 9 nəfər tələbəyə qiymətli hədiyyə təqdim edildi.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, şəhər 1 saylı məktəb-liseyin direktoru Seyran Seyfəddinov, rayon Təhsil şöbəsinin müdiri  Fuad İsrəfilov, Rəstəcə kənd tam orta məktəbin direktoru, Qarabağ əlilləri, şəhid ailələri və veteranları ictimai birliyi rayon təşkilatının sədri Rahib Rəsulov, veteran müəllimə Zeynəb  Həmidova çıxış edərək ali məktəbə qəbul olunan tələbələri təbrik etdilər, onlara seçdikləri peşələrdə uğurlar arzuladılar.

Tələbələr çıxış edərək vətənimizə layiq xidmət uğrunda təhsil alacaqlarını bildirdilər.

Tədbir rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə yekunlaşdı.

Keçidlər