Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 26 yanvar 2018-ci il tarixində saat 11:30-da Kürdəmir rayonunda (Heydər Əliyev Mərkəzi) Kürdəmir, İmişli, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı ərizə, təklif və tövsiyələrinə baxılacaq.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.
Görüş çərçivəsində Kürdəmir rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində qeydiyyatdan keçə bilərlər.
Əlaqə nömrəsi (02021) 3-03-17