Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Mədəni Nitq layihəsi Uğurla davam etdirilir

17 fevral 2018 | 16:00

Ucar rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə layihə rəhbəri Kazım Məmmədov olan “Mədəni Nitq” layihəsi uğurla davam etməkdədir. Ötən həftə ərzində  Layihənin növbəti təlimləri baş tutmuşdur. Layihənin əsas məqsədi gənclər arasında natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onlarda özünü ifadə, sərbəst qərar qəbul etmə, kütlə qarşısında çıxış vərdişlərini artırmaq, auditoriyaya uyğun təqdimat, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarının təbliğidir.

Layihə rəhbəri Kazım Məmmədov layihənin keçirilməsi haqqında danışarkən qeyd edib ki, bu gün region yeniyetmələri dərslərində məsuliyyətlidirlər, lakin bununla belə bəzi hallarda əlavə kitab oxumağa, debat və diskusiyalara  zamanlarını düzgün bölüşdürə bilmirlər. Bu da gələcəkdə onlarda çıxış zamanı həyəcana və fikrini ifadə etməkdə çətinliklərə yol açır. Bu layihəni həyata keçirməklə biz yeniyetmələrdə və gənclərdə asudə vaxtlarından səmərəli istifadə edərək, natiqlik keyfiyyətlərini artırmağa, özünə inam hisslərini aşılamağa və sərbəst şəkildə özünü təqdim və özünü ifadə bacarıqlarını inkişaf etdirməyə şərait yaratmışıq. Bu gün gənclərimiz Təlimlərə gələrək həm peşəkar təlimçilərimizdən təlimlər alır, həmdə asudə vaxtlarını səmərəli keçirirlər. Elə düşünürəm ki, bu layihə öz işini uğurla davam etdirəcəkdir. Çünki hazırda layihədə iştirak edən gənclərin sayı hər gün artmaqdadır.

Keçidlər