Şriftin ölçüsü :

Saytın rəngi :

04 - 18 mart 2020-ci il tarixlərində SƏYYAR ASAN XİDMƏT UCARDA

03 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidentinin  tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

04 - 18 mart 2020-ci il tarixlərində Səyyar ASAN xidmət Ucar sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Ünvan: Heydər Əliyev prospekti 81, "Aran" Sarayın qarşısı

Səyyar “ASAN xidmət” vasitəsilə göstərilən xidmətlər
-  Əmlak Məsələləri üzrə Dövlət Komitəsi:

1. Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
2. Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi;
3. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
-  Ə.Ə.S.M.N.-in yanında Dövlət Sosial Müdafiə Fondu:
4. Əmək pensiyalarının təyin edilməsi.
-  Ədliyyə Nazirliyi:
5. Notariat fəaliyyəti;
6. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
-  Daxili İşlər Nazirliyi:
7. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
8. Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
-  Yardımçı xidmətlər:
9. Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
10. Foto xidməti;
11. Tibb xidməti.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Keçidlər