Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirildi

27 aprel 2018 | 16:00

27 aprel 2018-ci il tarixdə Ucar rayon İcra Hakimiyyəti və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə  görkəmli oftalmoloq, akademik  Zərifə  xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəcə tədbir iştirakçıları Akademik Zərifə Əliyeva adına Qazıqumlaq kənd xəstəxanasının həyətində olan büstü önünə gül-çiçək dəstələri qoydular.

Tədbiri açan rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur  Məmmədov qeyd etdi ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynamış şəxsiyyətlər vardır ki, illər keçdikcə onlar nəinki unudulur, əksinə daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi müasir insanlar tərəfindən diqətlə araşdırılır və öyrənilir. Belə şəxsiyyətlərdən biri Azərbaycanın tibb elmində və ictimai-siyasi həyatında böyük yeri olan və bu gün anadan olmasının 95-ci il dönümünə toplaşdığımız görkəmli oftalmoloq, akademik  Zərifə  xanım Əliyevadır. Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsil azərbaycanlı anası kimi də tariximizə düşmüşdür.

O görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış və həyatın çətin sınaqlarını görmüş, ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın çətin, keşməkeşli, həm də şərəfli yollarında onunla birgə addımlamış, Azərbaycan dövlətinin lideri və prezidenti cənab İlham Əliyev kimi övlad böyütmüşdür.

Nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdə onun da adı tariximizə yoldaşlıq edəcək, onunla bir addımlayacaqdır.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı, rayon Uşaq xəstəxanasının həkimi,  rayon  Qadınlar Şurasının sədri Səidə Ələkbərova,  YAP Ucar rayon təşkilatı Qadınlar Şurasının sədri Yaqut Zeynalova çıxış edərək qeyd etdilər ki, tədbirdən əvvəl ziyarət etdiyimiz büst və onun adını daşıyan Qazıqumlaq kənd xəstəxanası Zərifə xanımın xatirrəsinə ithab olunan hədiyyə kimi hər birimiz üçün əzizdir.  İnanırıq ki, bu günkü və gələcək nəsil Zərifə xanım Əliyevanın Vətən qarşısındakı xidmətlərini heç vaxt unutmayacaq, onun xatirəsini əziz tutacaqdır.

Keçidlər