Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Qazyan kəndində səyyarı qəbulu keçirildi

25 aprel 2018 | 16:00

2018-ci ilin aprel ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə aprelin 25-də Qazyan kəndində, Qazyan kənd mədəniyyət evində keçirilmişdir.

Səyyar qəbulda  5 nəfərin  müraciəti dinlənilmişdir.

Müraciətlərin 2 ədədi şirə və su arxlarının qazılmasına, 1 ədədi şirə kanalının üzərində yerləşən körpünün çökmüş hissəsinin təmirinə,  1 ədədi işlətmədiyi təbii qaza əlavə yazılmış qalıq borcun araşdırılmasına və 1 ədədi 2 saylı Qazyan kənd tam orta məktəbə gələn elektrik xəttinə ayrıcı quraşdırılmasına köməklik barədə edilmişdr.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər