Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda kompyuter oyunları üzrə zona yarışları keçirildi

05 may 2018 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq 05 may 2018-ci il tarixdə Ucar rayonunda Kompyuter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli çempionatının zona mərhələsi keçirildi.

Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, internet, kompyuter texnologiyaları sahəsində biliklərini artırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.

Tədbirə giriş sözü ilə başlayan Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov kompyuter oyunlarının əhəmiyyətindən danışdı və iştirakçılara uğurlar arzu etdi. “Kompyuter oyunları Milli Assosiasiyası” İctimai Birliyinin sədri Ramil Əliyev yarış haqqında iştirakçılara məlumat verdi və gənclərin suallarını cavablandırdı.

Yarışlar “Counter-Strike: Global Offensive”, “League of Legends”, “DOTA 2” komanda oyunları və “PES 18”, “Tekken 7”, “HearthStone” fərdi oyunları üzrə Heydər Əliyev Mərkəzində keçirildi.

Zona yarışında Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Qobustan, Şamaxı, Ucar və Zərdab rayonları komandaları iştirak etdi. Ucar təmsilçisi “Tekken 7” fərdi oyunu üzrə 1-ci yerə layiq görülərək finala vəsiqə qazandı. Sonda qaliblər diplomlarla təltif olundular.

Keçidlər