Şriftin ölçüsü :

Saytın rəngi :

09 May - Qələbə bayramı qeyd olundu

09 may 2018 | 16:00

09 may 2018-ci il tarixdə saat 1000-da rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, şəhər məktəblilərinin böyük qrupu 9 May - Böyük Vətən Müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə rayon Mədəniyyət Mərkəzinin qarşısındakı Xatirə Kompleksi önünə gül-çiçək dəstələri qoymuşlar.

Daha sonra rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri hazırda yaşayan 3 nəfər Böyük Vətən müharəbəsi iştirakçılarını evində ziyarət etmiş və rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatı təqdim olunmuşdur.

Keçidlər