Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Təzə Şilyan kəndində səyyarı qəbulu keçirildi

23 may 2018 | 16:00

2018-ci ilin may ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Təzə Şilyan kəndində, Təzə Şilyan kənd mədəniyyət evində keçirilmişdir.

Səyyar qəbulda  6 nəfərin  müraciəti dinlənilmişdir.

Müraciətlərin 2 ədədi şirə və su arxlarının qazılmasına, 1 ədədi kənddə internetin zəif olmasına, 1 ədədi sahibkarlıq obyektlərinin yaxınlığına yığılmış tullantıların daşınmasına, 1 ədədi müharibə iştirakçısının adının əbədiləşdirilməsi üçün kəndin küçələrindən birinə general Həbib bəy Səlimovun adının verilməsi və 1 ədədi əkin sahələrinə gedən yolun hamarlanmasına köməklik barədə edilmişdr.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər