Şriftin ölçüsü :

Saytın rəngi :

01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

01 iyun 2018 | 16:00

01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət göstərən məktəbəqədər müəssisələrin iştirakı ilə bayram tədbiri keçirilmişdir.

BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə qeyd olunması qərara alınan 01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında məlumat verilərək hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlar olduğu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrildiyini vurğulandı.

Uşaqların ifasında hazırlanan rəngarəng mahnıları və rəqsləri bayram şənliyində iştirak edən uşaqlar, onların müəllim və valideynləri böyük razılıqla qarşılamışlar.

Keçidlər