Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ucar Uşaq İncəsənət məktəbinin konserti keçirildi

06 iyun 2018 | 16:00

06 iyun 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin, pedaqoji kollektivlərin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə  rayonun Heydər Əliyev Mərkəzinin iclas zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ucar Uşaq İncəsənət məktəbinin konserti keçirilmişdir.

Fortepiano, nağara, qarmon, saz və digər musiqi alətlərində Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar, muğam sinfinin şagirdlərinin və xor kollektivinin  çıxışları alqışlarla qarşılanmışdır.

Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək məktəbin gənc nəslin formalaşmasında müsbət rolunu qiymətləndirdi.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən kollektiv nümayəndələri Fəxri Fərmanla təltif olundular.

Keçidlər