Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonun ümumtəhsil məktəblərində “Son Zəng” tədbirləri keçirildi

14 iyun 2018 | 16:00

Ucar rayonun ümumtəhsil məktəblərində “Son Zəng” tədbirləri keçirilmişdir.

İyunun 14-də 2017/2018-ci tədris ilində rayonun 36 tam orta, 7 ümumi orta məktəblərində “Son Zəng” tədbirləri keçirilmişdir.

Rayon üzrə 716 nəfər XI, 925 nəfər IX sinifi bitirir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və rayon Təhsil şöbəsinin məsul nümayəndələri tədbirlərdə iştirak etmiş, məzunları təbrik etmiş, müstəqil dövlətimizin qorunması, tərəqqisi yolunda üzərilərinə düşən vəzifələr haqqında tövsiyələrini bildirmişlər.

Keçidlər