Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının yaranmasının 25 illik yubleyi ilə əlaqədar YAP Ucar rayon təşkilatı tədbir keçirdi

10 sentyabr 2018 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki  abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular. Dövlət Himni səsləndirildi.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva  tədbiri açaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xeyir duası ilə yaranan Yeni Azərbaycan Partiyasının 26-cı ili tamam olmaq üzrədir. Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, bu gün Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır.

Sabah isə Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının  yaranmasının 25-ci il dönümü tamam olur.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı 11 sentyabr 1993-cü ildə 48 nəfərin iştirakı ilə keçirilən təsis konfransında yaradılmışdır. Bu gün rayon təşkilatının 68 ərazi təşkilatında 4000 nəfərdən çox üzvü vardır.

Tədbirdə partiyanın ərazi təşkilatlarının sədrləri, partiya fəalları, rayonda partiyanın ilk üzvüləri, rayon təşkilatının yaradıcısı olan şəxslər və digər partiya üzvüləri iştirak edirlər.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının  yaranması və partiyanın 25 illik fəaliyyəti barədə YAP Ucar rayon təşkilatının Aparat rəhbəri Mirzalı Ağamalıyev məlumat verdi.

YAP Ucar rayon təşkilatı Qadınlar Şurasının sədri, Qazyan kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Yaqut Zeynalova, Yuxarı Şilyan kənd ərazi təşkilatının üzvü Nazir Məmmədov, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nuru Piriyev çıxış etdilər.

Tədbirdə partiya sıralarına yeni qəbul olunanlara üzvülük vəsiqələri təqdim olundu, bir qrup partiya üzvü YAP Ucar rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu və bir qrup  partiya üzvüləri qiymətli hədiyyələr verildi.

Keçidlər