Şriftin ölçüsü :

Saytın rəngi :

Bərguşad kənd ümumi orta məktəbi üçün tikintisi başa çatmış 90 yerlik modul tipli məktəb binası istifadəyə verilib

15 sentyabr 2018 | 16:00

15 sentyabr 2018-ci il tarixdə 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar rayonun 45 ümumtəhsil məktəblərində “Bilik günü” keçirilmişdir.

15 sentyabr günü rayonun ümumtəhsil məktəblərinin 1-ci sinfində 1224 nəfər, 10-cu sinfində 635 nəfər şagird təhsillərini davam etdirməyə başlamışlar.

2017-2018-ci dərs ilində rayonun Bəhlul Novruzov adına Bərguşad kənd ümumi orta məktəbi üçün tikintisi başa çatmış 90 yerlik modul tipli məktəb binası 15 sentyabr 2018-ci il tarixdə şagirdlərin istifadəsinə verilib. Əvvəlcə məktəbin kollektivi məktəbin adını daşıyan şəhid Bəhlul Novruzovun abidəsinin önünə gül-çiçək dəstələri qoydular .Məktəbin açılışında iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov “Bilik günü” münasibətilə kollektivi təbrik edərək, yeni təhsil uğurları arzulayıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Sərəncamına əsasən yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”,    V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunmuşdur.

Təhsil Nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, hər iş həftəsi dərslər pedaqoji və şagird heyəti tərəfindən Dövlət himninin ifası ilə başlanıb və başlanacaqdır.

“Bilik günü”ndə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının, rayon Təhsil şöbəsinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Keçidlər