Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Çiyni (Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində səyyarı qəbulu keçirildi

19 sentyabr 2018 | 16:00

2018-ci ilin sentyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Çiyni (Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir. Səyyar qəbulda  9 nəfərin 10 müraciəti dinlənilmişdir.

Müraciətlərin 2 ədədi taxıl əkini üçün icarəyə torpaq verilməsinə, 1 ədədi su arxının qazılaraq lildən təmizlənməsinə, 1 ədədi 2,0 ha əkdiyi çəltiyi biçmək üçün kombayn verilməsinə, 1 ədədi Çiyni kəndinə telefon çəkilməsinə, 1 ədədi yaşadığı ərazidə yerləşən elektrik dirəyinin dəyişdirilməsinə, 1 ədədi Qaradağlı kənd tam orta məktəbini elektrik enerjisi ilə təmin edən transformatorun təmir olunmasına, 1 ədədi yaşadığı evin həyətində yerləşən transformatorun ətrafında təhlükəsizlik məqsədilə tədbir görülməsinə, 1 ədədi kənddə yerləşən transformatora ayrıcı qoyulmasına və 1 ədədi pambıq sahəsinə gedən yolun hamarlanmasına köməklik barədə edilmişdir.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər