Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Küçəkənd (Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində səyyarı qəbulu keçirildi

28 sentyabr 2018 | 16:00

2018-ci ilin sentyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Küçəkənd (Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir. Səyyar qəbulda  4 nəfərin 5 müraciəti dinlənilmişdir.

Müraciətlərin 1 ədədi mal-qaranın kənd qəbirstanlığına girməməsi üçün qəbirstanlığın ətrafının 230 metr hissəsinin qazılmasına, 1 ədədi su arxının dəmir yolu və magistral avtomobil yolunun altından keçən keçid hissələrinin lildən təmizlənməsinə, 1 ədədi böyük su arxının üzərindən keçən körpünün təmir  olunmasına, 1 ədədi telefon xəttinin çəkilməsinə və 1 ədədi şirə kanalının 150 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə köməklik barədə edilmişdir.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər