Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmələr arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə rayon çempionatı keçirilib

24 oktyabr 2018 | 16:00

“Xəmsə” Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında Ucar rayon çempionatı “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq bəndlərinə əsasən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7.-ci yarımbəndini icra etmək məqsədilə həyata keçirilmişdir.

Həmçinin rayon birinciliyinin keçirilməsində əsas məqsəd Yeniyetmələr arasında keçiriləcək “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan çempionatının zona mərhələsində iştirak edəcək komandanın tərkibini müəyyən etmək, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil etmək, yeniyetmələrin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdır.

Yarışlar 22-24 oktyabr 2018-ci il tarixlərdə şəhər 1 nömrəli məktəb-liseydə keçirildi. Əvvəlcədən müəyyən olunmuş püşkatmaya əsasən komandalar A, B, C və D qruplarında mübarizə apardılar və qruplarda 1-ci yeri tutan komandalar finalda qarşılaşdılar. Ümumilikdə turnirdə 16 məktəbin komandası qüvvəsini sınadı.

Final oyunundan sonra şəhər 1 nömrəli məktəb-liseyin "Never give up" komandası 1-ci yerə,  şəhər 2 nömrəli tam orta məktəbin “Vımpel” komandası 2-ci yerə, Alpı kənd tam orta məktəbinin "Alpı" komandası 3-cü yerə,  Pirkənd kənd tam orta məktəbin “Alov” komandası 4-cü yerə layiq görüldülər.

Yarışın sonunda Gənclər və İdman idarəsinin baş məsləhətçisi Zaur Abdullayev qalib komandaları təbrik edərək, növbəti çempionatlara daha da yaxşı hazırlaşmalarını arzuladı. I, II və III yerlərə layiq görülən komandalar Ucar rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif olundular.

.

Keçidlər