Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təntənəli tədbir keçirildi

09 noyabr 2018 | 16:00

09 noyabr 2018-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin, YAP Ucar rayon təşkilatının və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təntənəli tədbir keçirilmişdir.

Əvvəlcə rayon İcra Hakimiyyətinin, gənclərin, idmançıların və məktəblilərin iştirakı ilə Heydər Əliyev prospekti boyunca bayraq yürüşü keçirildi.

Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bayraq günü haqqında məlumat verərək tədbir iştirakçılarını təbrik etdi.

Rayon məktəblilərinin iştirakı ilə keçirilən bədii proqram alqışlarla qarşılandı.

Keçidlər