Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiyası Günü və 17 noyabr Milli Dirçəliş Günü münasibətilə elmi-praktik konfrans keçirilib

12 noyabr 2018 | 16:00

12 noyabr 2018-ci il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzinin akt zalında rayon İcra Hakimiyyətinin, YAP Ucar rayon təşkilatının və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günü”nə və 17 noyabr-Milli Dirçəliş günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Konfransı rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla xanım Abdullayeva açaraq qeyd etdi ki, Müstəqil Azərbaycan Respublikasının Konsti-tusiyasının qəbul olunduğu 1995-ci ildən bizi 23 il ayırır. İnsanların hüquq və azadlıqlarının təsbit olun-duğu Azərbaycan Konstitusiyası öz demokratikliyinə görə sivil ölkələrin Konstitusiyaları ilə yanaşı durur. Müəllifi Ulu Öndərimiz–Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş və qəbul edildiyi gündən xalqımızın qürur mənbəyinə çevrilmişdir.Qəbul edildiyi gündən sonra 2002-ci ilin avqust, 2009-cu ilin mart və 2016-cı ilin sentyabr aylarında keçirilən referendumlar yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklər də xalqımızın, dövlətimizin mənafeyi naminə, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə edilmiş və xalqın dəstəyi ilə öz təsdiqini tapmışdr. Konstitusiya çərçivəsində ayrı-ayrı sahələr üzrə qəbul edilən qanunlar da öz mahiyyəti ilə Konstitusiyaya istinad edilərək hazırlanmış və bu qanunların həyata keçirilməsi ilə respublikamız gündən-günə tərəqqi etməkdədir.

Daha sonra qeyd olundu ki, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və sovet ittifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq Meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etdi. SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələri Bakıya gətirilərək meydanda yerləşdirildi, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçıları oradan zorla çıxarıldı. O zaman xalq hərəkatı parçalansa da millət öz arzusuna çatdı–1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş günü kimi qeyd olunur.

Ucar rayon Prokurorunun böyük köməkçisinin vəzifəsinin icraçısı Elmir Paşazadə “Azərbaycan Respublikasının Konstitusiyası”, şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Zeynəb Əliyeva “Azərbaycan Konstitusiyasında qadın hüquqları”, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov “Azərbaycan Respublikasında  gənclər siyasəti”, Rəstəcə kənd tam orta məktəbin direktoru, Qarabağ əlilləri, şəhid ailələri və veteranları ictimai birliyi rayon təşkilatının sədri Rahib Rəsulov “1988-ci il 17 noyabrdan başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu” mövzularında məruzələr dinlənildi. Məruzələrdə vurğulandı ki, keçən müddət ərzində qəbul edilmiş və gələcəkdə qəbul ediləcək bir çox Azərbaycan qanunlarının əsasını təşkil edən Konstitusiyamız ölkəmizin əsas qanunu kimi gələcəkdə də ölkə vətəndaşlarının qürur mənbəyi olacaq, bu qanuna arxalanan Azərbaycan xalqı ildən-ilə daha böyük uğurlar əldə edəcəkdir.

Keçidlər