Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın İntellektual BİRincisi” layihəsinin zona mərhələsi keçirildi

17 noyabr 2018 | 16:00

17 noyabr 2018-ci il tarixində Mingəçevir şəhərində “İRƏLİ” İctimai Birliyi tərəfindən  “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin 3-cü mövsümünün oyunları çərçivəsində 4 intellektual oyun üzrə (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı”) zona birinciliyi keçirildi.

“Azərbaycanın İntellektual Birincisi” layihəsinin keçirilməsində məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq, mövcud intellektual bazaları genişləndirərək intellektual olimpiada həyata keçirməkdir.

Ucar gəncləri 6 rayon komandası arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə yarışlarda 1-ci yerə, "Nə? Harada? Nə zaman?" oyununda isə 3-cü yerə layiq görüldülər. 1-ci yerə layiq görülən komanda Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandı.

Keçidlər