Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Yuxarı Şilyan kəndində səyyarı qəbulu keçirilib

28 noyabr 2018 | 16:00

2018-ci ilin noyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Yuxarı Şilyan kəndində keçirilmişdir.
Səyyar qəbulda  5 nəfərin 6 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfəri şirə kanalının üzərindən keçən 7 metr uzunluğunda olan suvarma trubasının xarab olmuş hissəsinin qaynaq edilərək bərpasına, 1 nəfəri Kəsbər arxının kənddən keçən hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri kənd qəbristanlığına gedən 1,2 km uzunluğunda olan yola çınqıl daşının tökülərək hamarlanmasına, 2 nəfəri yaşadığı evin yanından keçən şirə kanalının qazılaraq lildən təmizlənməsinə və beton kanalın qazılaraq lildən təmizlənməsinə köməklik barədə edilmişdir.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər