Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Boyat kəndində səyyarı qəbulu keçirilib

16 yanvar 2019 | 16:00

2019-cu ilin yanvar ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Boyat  kəndində keçirilmişdir.

Səyyar qəbulda  5 nəfərin 6 müraciəti dinlənilmişdir.

Müraciətlərdən ikisi pay torpaq sahəsinin suvarılmasına, 1 nəfəri şirə kanalının aşağı hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri yaşadığı evin yaxınlığında yerləşən 2 işıq dirəyinin yenisi ilə əvəz edilməsinə, 2 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə köməklik barədə edilmişdirlər.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər