Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdo üzrə açıq Ucar rayon birinciliyi keçirilib

26 yanvar 2019 | 16:00

26 yanvar 2019-cu il tarixdə Ucar şəhər 1 nömrəli məktəb-liseyin idman zalında “20 Yanvar şəhidləri”nin xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirildi.

Turnirdə Ucar idmançıları ilə yanaşı Bakı, Göyçay və Zərdab şəhərlərinin idmançıları da iştirak etdilər. Ümumilikdə yarışda 65 nəfər yeniyetmə və gənc qüvvəsini sınadı.

Yarış öncəsi Ucar Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov tədbir iştirakçılarını salamladı və iştirakçılara uğurlar arzu etdi. “20 Yanvar şəhidləri”nin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Cüdo üzrə rayon birinciliyinin keçirilməsində məqsəd idmançıların idman ustalığının artırılması, cüdo idman növünün təbliği və inkişafı, yeniyetmə və gənclərə sağlam həyat tərzini aşılamaqdır.

Yarış Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydaları və olimpiya sistemi  üzrə keçirildi və sonda hər çəki və yaş qrupu üzrə qaliblər diplom və medallarla təltif olundu.

Keçidlər