Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Bərgüşad kəndində səyyarı qəbulu keçirilib

18 mart 2019 | 16:00

2019-cu ilin mart ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Bərgüşad kəndində keçirilmişdir.

Səyyar qəbulda  6 nəfərin 6 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfər kəndə qaz çəkilişi zamanı yaşadışı evə qaz sayğacı quraşdırılıb və təbii qazdan istifadə edə bilməməsinə, 1 nəfər 300,0 ha pay torpaq sahələrinin suvarılması məqsədilə su arxının üzərinə su keçidi üçün boru salınmasına, 1 nəfər yaşadığı ev 12 mart 2019-cu il tarixdə tamamilə yanmış və bərpa olunmasına maddi köməklik göstərilməsinə, 1 nəfər “Qaratəpə” adlanan ərazidə əkin sahələrinin suvarılması üçün su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Kəsbər arxının üzərinə su borusu salınaraq körpü kimi istifadə edilmməsinə və 1 nəfər səhhəti ilə bağlı həkim müayinəsindən tam keçməsinə köməklik barədə etmişdilər.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər