Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Qazyan kəndində səyyarı qəbulu keçirilib

27 mart 2019 | 16:00

2019-cu ilin mart ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Qazyan kəndində keçirilmişdir.

Səyyar qəbulda  6 nəfərin 6 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfər kəndin aşağı hissəsində pay torpaqlarında əkdiyi taxılın suvarılması üçün su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər “İtqıran” adlanan ərazidən keçən beton su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər “Kalvahüseynli” adlanan ərazidən keçən şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər “Şoran” adlanan su arxının qazılaraq lildən təmizlənməsinə köməklik barədə, 1 nəfər qonşusu tərəfindən kənddə yeni inşa edilmiş asfalt yolunun mühafizə zolağını ağac budaqları ilə bağlayaraq mal-qaranın və piyadaların istifadə etməsinə maneə yaradır, həmin yerdən istifadə etmək üçün yaradılan maneələrin aradan qaldırılmasına və 1 nəfər 0,06 ha qanuni olaraq yaşayış evi tikmək üçün aldığı torpaq sahəsində qonşusu məcburi köçkün tərəfindən tikinti işləri aparılmasına qanunsuz müdaxilələr yaradır, torpaq sahəsində ev tikintisi aparılmasına köməklik barədə etmişdilər.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər