Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI kitab bayramı keçirilib

07 may 2019 | 16:00

07 may 2019-cu il tarixdə saat 1000-da rayon mərkəzindəki Veteranlar bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI kitab bayramı keçirilmişdir.

Bayramda rayon İcra Hakimiyyətinin, rayonun ümumtəhsil məktəblərinin, mədəniyyət müəssisələrinin, idarə və təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova açaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı.

Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev çıxış edərək  “Kitab bayramı”nın keçirilməsi ənənəsinin təqdirəlayiq olduğunu bildirməklə Prezident İlham Əliyeviin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyini, kitabxanaçıların maddi-texniki bazasının yaxşılaşdığını qeyd etdilər. Hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin əsasında kitab dayanır. Kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir. Əgər kitab olmasaydı elmlərin də inkişafı olmazdır.

Bayram tədbirində məktəblilər kitaba aid şeirlər söyləyib, kompozisiyalar təqdim olundu, mahnılar oxudular.

 

Keçidlər