Şriftin ölçüsü :

Saytın rəngi :

09 may - Qələbə bayramı Ucar rayonunda da qeyd edilib

09 may 2019 | 16:00

09 may 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, şəhər məktəblilərinin böyük qrupu 9 May–Böyük Vətən Müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə rayon Mədəniyyət Mərkəzinin qarşısındakı Xatirə Kompleksi önünə gül-çiçək dəstələri qoymuşlar.

Daha sonra rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri hazırda yaşayan 2 nəfər Böyük Vətən müharəbəsi iştirakçılarını evində ziyarət etmiş və rayon İcra Hakimiyyəti tərəfindən bayram sovqatı təqdim olunmuşdur.

Keçidlər