Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Ucar rayonunda da qeyd edilib

10 may 2019 | 16:00

Ucar Rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə 10 may 2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayon mərkəzindəki abidəsinin önünə gül-çiçək dəstələri qoyuldu.

Daha sonra rayon məktəblilərinin hazırladığı “İmzalı, möhürlü həqiqətimsən!” adlı tematik tədbir təqdim olundu. Qeyd olundu ki, bu Böyük və Tarixi Şəxsiyyət cismən bizim aramızda yoxdur. Amma, O, hər zaman ruhən bizlərlə, Azərbaycanladır. Onun ruhu daim bizlərlədir. Neçə ki, müstəqil Azərbaycan adlı məmləkət və Uca Azərbaycan xalqı var, Heydər Əliyev də daim var olacaq, o da bizimlə, Azərbaycanla birgə yaşayacaq. Çünki Azərbaycanı Heydər Əliyevsiz, Heydər Əliyevi Azərbaycansız təsəvvür etmək mümkün deyil.

Heydər Əliyev haqqında şeirlər, nəğmələr alqışlarla qarşılandı.

Keçidlər