Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “28 May - Respublika günü” qeyd olunub

27 may 2019 | 16:00

27 may 2019-cu il tarixdə Ucar Heydər Əliyev Mərkəzində 28 May-Respublika günü münasibətilə tədbir keçirilmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoydular.

Daha sonra Rayon Uşaq İncəsənət Məktəbinin “Yaşa, var ol Azərbaycanımız” adlı tematik tədbiri təqdim olundu.

Azərbaycan haqqında təqdim olunan musiqilər, şeirlər, mahnılar alqışlarla qarşılandı.

Keçidlər