Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Xələc kəndində səyyarı qəbulu keçirilib

07 iyun 2019 | 16:00

Ölkə başçısının tapşırığına əsasən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 07 iyun 2019-cu il tarixdə rayonun Xələc kəndində keçirilmişdir.

Səyyar qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir. Ucar rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Prezidentin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Ucar  rayonunda da uğurla icra olunur. 

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  3 nəfərin 3 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətlərindən 1 nəfər su arxının 1,5 km hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Lək kəndindən gələn su arxı qazılmış, həmin arxa suyun verilməsinə, 1 nəfər kəndə təbii qazın fasilələrlə verilməsi barədə köməkliklərlə bağlı olmuşdur.

Hər bir sakinin probleminə diqqətlə yanaşan Mənsur Məmmədov vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər