Şriftin ölçüsü :

Saytın rəngi :

“23 iyun - Dövlət qulluqçularının peşə bayramı” Ucar rayonunda da qeyd olunub

21 iyun 2019 | 16:00

21 iyun 2019-cu il tarixdə Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında 23 iyun–Dövlət qulluqçularının peşə bayramı” münasibətilə rayonda çalışan dövlət qulluqçularının iştirakı ilə tədbir keçirildi.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri, dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu.

Rayon İcra Hakimiyyətinin  Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını on ildir ki, qeyd edirlər.

Çıxış edən Ucar Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov, Ağdaş Reğional Mədəniyyət və Turizm İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəbrayıl Tağıyev, rayon “Yeni söz” qəzetinin redaktoru Səbuhi Vəliyev bayram münasibətilə ürək sözlərini söylədilər və dövlət qulluqçusunun qarşısında duran vəzifələri daima uca tutacaqlarını bildirdilər.

Daha sonra bir qrup fəal dövlət qulluqçusu rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundular.

Keçidlər