Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Müsüslü kəndində səyyarı qəbulu keçirilib

16 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 16 avqust 2019-cu il tarixdə rayonun Müsüslü kəndində keçirilmişdir.

Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Qalib Əsgərov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  6 nəfərin 9 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətləri 2 məsələ elektrik xətlərinin altındakı yaşıl kütlələrin təmizlənməsinə, 1 məsələ təbii qazın verilişində fasilələrin aradan qaldırılmasına, 1 məsələ iki oğlu üçün fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmasına,  1 məsələ idarə etdiyi “TİR” markalı yük avtomobili ilə yaşadığı evə gedən yola dönüş edərkən maneələr yaradaraq, yolun giriş hissəsinin təmir edilməsinə, 1 məsələ Bakı-Qazax magistral yolunun Müsüslü dörd yolu adlanan ərazidə yerləşən yeraltı piyada keçidinin təyinatını dəyişdirilərək yeraltı avtomobil keçidi kimi istifadə edilməsinə və keçiddə yaranmış qurunt sularının çəkilməsinə, 3 məsələ su arxının qazılaraq lildən təmizlənməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.

Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkiblər.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər