Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Qaradağlı kəndində səyyarı qəbulu keçirilib

28 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 28 avqust 2019-cu il tarixdə rayonun Qarabörk kəndində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırdı. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Ucar rayonunda həyata keçirilən əsaslı infrastruktur layihələrdən danışıb.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  7 nəfərin 9 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətləri 2 məsələ maddi yardım olunmasına, 1 məsələ Əlil arabası ilə yaşadığı evdən kəndin əsas yoluna cıxmaq üçün 250 metr uzunluğunda, 1 metr enində olan yolun asfalt örtüklə düzəldilməsinə, 3 məsələ su arxının qazılaraq lildən təmizlənməsinə, 1 məsələ pay torpaq sahələrinə gedən yolun texnika ilə hamarlanmasına, 1 məsələ yaşadığı evə verilən elektrik enerjisinin verilişi dayandırılmış, elektrik enerjisi ilə təmin olunmasına və 1 məsələ  fərdi ev tikintisi üçün bələdiyyədən torpaq sahəsi almaq üçün rüsum pulunu keçirtmiş, aldığı torpağın sənədlərinin verilməsinə köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.

Keçidlər