Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

04 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 04 sentyabr 2019-cu il tarixdə RİHB-nın Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Küçəkənd kəndində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları bir daha sakinlərin diqqətinə çatdırdı. İlin əvvəlindən həyata keçirilən islahatların davamı olaraq Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərib. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Ucar rayonunda həyata keçirilən əsaslı infrastruktur layihələrdən danışıb.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  8 nəfərin 9 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətləri 2 məsələ “Neftaşıran” adlanan ərazidə yaşadığı evin yaxınlığındakı qəzalı vəziyyətdə olan dayaqların yenisi ilə əvəz edilməsinə və qonşularının elektrik sayğaclarının onun qapısının yanından sökülərək hər abonentin öz evlərinin qarşısında quraşdırılmasına, 1 məsələ şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 4 məsələ su arxının qazılaraq lildən təmizlənməsinə, 1 məsələ Bakı-Qazax magistral yolundan  Küçəkənd kəndinin giriş yoluna qrabil daşı verilərək yolun hamarlanmasına, 1 məsələ 1,5 hektar tut bağının suvarılmasına və 1 məsələ  yaşadığı evə verilən təbii qazın verilişi zəifdir, yolun alt hissəsindəki qaz xəttində sızmanın aradan qaldırılmasına köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər